...

İskəndəriyyə kitabxanasının direktorunun Bakıya səfəri başlayıb

Cəmiyyət Materials 20 Noyabr 2010 08:28 (UTC +04:00)
Dünyanın ən qədim kitabxanalarından biri olan İskəndəriyyə kitabxanasının direktoru İsmayıl Seragəldin Azərbaycan tərəfi ilə əməkdaşlığın perspektivləri müzakirə etmək üçün cümə günü Bakıya gəlib.
İskəndəriyyə kitabxanasının direktorunun Bakıya səfəri başlayıb

Azərbaycan, Bakı, 20 Noyabr /Trend müxbiri S.Ağayeva /

Dünyanın ən qədim kitabxanalarından biri olan İskəndəriyyə kitabxanasının direktoru İsmayıl Seragəldin Azərbaycan tərəfi ilə əməkdaşlığın perspektivləri müzakirə etmək üçün cümə günü Bakıya gəlib.

Səfər Azərbaycanın Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin, "YES Azərbaycan" beynəlxalq məsləhət qrupunun, habelə Misirdəki səfirliyin dəstəyi ilə həyata keçirilir.

Səfər çərçivəsində İskəndəriyyə kitabxanasının direktoru Azərbaycan
Diplomatik Akademiyasına, Abşeron rayonunda yerləşən Suzan Mübarək adına ərəb dili təmayüllü orta məktəbinə, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə baş çəkəcək.

Doktor Seragəldin həmçinin Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin təşkil etdiyi Baku Tell sərgisində iştirak edəcək, CULTURAMA layihəsini təqdim edəcək.

Səfər proqramına həmçinin onun Azərbaycanın ikinci iri şəhərinə - Gəncəyə baş çəkməsi nəzərdə tutulub. Burada ali qonaq Kənd Təsərrüfatı Akademiyasında olacaq və tədris müəssisəsinin rəhbərliyi ilə görüşəcək.

Səfər zamanı İskəndəriyyə kitabxanasının direktoru, Misir prezidentinin elm və təhsil məsələləri üzrə müşaviri İsmayıl Seragəldin ölkənin rəsmiləri ilə görüş keçirəcək və elm və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələsini müzakirə edəcək.

Misir şəhəri İskəndəriyyənin qədim kitabxanası 2500 ildən əvvəl tikilib. O, öz dövrünün ən mühüm elm mərkəzlərindən biri sayılıb, kitabxanada Arximed və Evklid kimi alimlər çalışıb.

Misir höküməti kitabxanaya xüsusi status verib. Belə ki onun direktorları şəxsən ölkə prezidentinə tabedirlər.

Dünya ölkələrin 2010-cu il üçün reytinq məlumatlarına görə İskəndəriyyə Universiteti 147-ci yer tutmaqla tək Misirin deyil, bütün Yaxın Şərqin ən nüfuzlu ali təhsil müəssisələrindən biri sayılır.

Xəbər lenti

Xəbər lenti