...

Norveçdə Azərbaycan aşıq musiqisini təbliğ edən layihə həyata keçirilib (FOTO)

Cəmiyyət Materials 23 Noyabr 2010 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir T.Hacıyev/

Norveçdə Azərbaycan aşıq musiqisini təbliğ edən layihə həyata keçirilib. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin çərşənbə axşamı yaydığı məlumata görə, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAGT-NAYO) tərəfindən təşkil olunan tədbir Oslo Universitetinin kitabxanasında keçirilib.

Tədbirdə Oslo Universitetinin professor və müəllim heyəti, eyni zamanda, norveçli və əcnəbi tələbələr iştirak ediblər.

Norveç Konservatoriyasının tələbəsi olan həmyerlimiz Əhməd Mirzəyevin ifasında aşıq havalarımız və dünya klassik irsinin dəyərli nümunələri canlı olaraq səsləndirilib. Mirzəyevin ifasını tədbirə toplaşan əcənəbilər böyük maraqla qarşılayıblar. Aşıq musiqisi norveçlilərin də xüsusi diqqətinə səbəb olub.

Aşıq sənətinin təbliğini nəzərdə tutan "Lunsj med Kultur" layihəsi çərçivəsində gerçəkləşən bu tədbirdə Azərbaycan haqqında kitab və suvenirlər nümayiş olunub.

NAYO-nun sədri Ramil Əliyevin sözlərinə görə, şifahi xalq sənətimizin dəyərli nümunəsi olan aşıq musiqimizin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin uğurudur.

"İndi aşıq musiqimiz dünyada daha yaxşı tanınmağa başlayıb və layiqincə təbliğ olunur. Biz də diaspor təşkilatı olaraq xalqımızın bu nadir mədəni incisinin Avropada təbliğini həyata keçirmək məqsədi ilə silsilə layihələri reallaşdırırıq. Təşkilatın gələcək layihələrində də bu musiqinin yer almasına səy göstəriləcək", - Əliyev bildirib.

NAYO sədri qeyd edib ki, bu günlərdə öz ecazkarlığı ilə hər kəsi heyrətə gətirən Azərbaycan xalçasının da YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Norveçdə yaşayan azərbaycanlıları da sevindirib. O əlavə edib ki, gələcək layihələrdən biri bu sənət növünə həsr olunacaq. Onun sözlərinə görə, bu dəfə keçirilən tədbirdə də Azərbaycan xalçasının kiçik ölçülü nümunələri sərgilənib və xalçaların rəngarəngliyi tədbiri daha da maraqli edib.

NAYO-nun üzvü, Norveçdə musiqi təhsili alan Əhməd Mirzəyev isə bildirib ki, bir azərbaycanlı sənətçi olaraq milli musiqimizin Avropada təbliğindən qürur duyur. "Bu yaxınlarda Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Azərbaycan 1-ci Beynəlxalq Aşıq Festivalının keçirilməsi məni çox sevindirdi. Mən də bu layihəyə öz töhfəmi Norveçdə NAYO-nun təşəbbüsü ilə aşıq sənəti həsr olunan mədəni layihədə çıxışımla verməyə çalışdım. İstədim ki, istər piano, istərsə də sazla ifa etdiyim milli musiqilərimizi layiqincə səsləndirərək onların gözəlliyini və bənzərsizliyini əcnəbilərə çatdırım", - Mirzəyev əlavə edib.

O, bir azərbaycanlı olaraq Norveçdə aşıq sənətinin daha geniş və əhatəli təbliği üçün konsert proqramı və konfrans keçirilməsini, Azərbaycandan da buraya aşıqların dəvət edilməsini çox istədiyini qeyd edib.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə ilə bağlı yazılar aşağıdakı linklərdir

http://az.trend.az/news/politics/1786011.html

http://az.trend.az/news/society/1785422.html

http://az.trend.az/news/society/1785378.html

http://az.trend.az/news/politics/1785342.html

http://az.trend.az/news/society/1784463.html

http://az.trend.az/news/society/1784555.html

http://az.trend.az/news/society/1783636.html

http://az.trend.az/news/society/1782698.html

http://az.trend.az/news/society/1780194.html

http://az.trend.az/news/karabakh/1780129.html

http://az.trend.az/news/society/1780114.html

http://az.trend.az/news/politics/1779698.html

http://az.trend.az/capital/energy/1779708.html

http://az.trend.az/news/society/1775315.html

http://az.trend.az/news/karabakh/1771475.html

http://az.trend.az/news/society/1771449.html

http://az.trend.az/news/politics/1771264.html

http://az.trend.az/news/politics/1771281.html

http://az.trend.az/news/society/1770126.html

http://az.trend.az/news/society/1769966.html

http://az.trend.az/news/politics/1768183.html

http://az.trend.az/news/karabakh/1763854.html

http://az.trend.az/news/society/1767513.html

http://az.trend.az/news/society/1767208.html

http://az.trend.az/news/society/diaspora/1766801.html

http://az.trend.az/news/society/diaspora/1764515.html

http://az.trend.az/news/society/diaspora/1764255.html

http://az.trend.az/news/society/diaspora/1763034.html

http://az.trend.az/news/society/diaspora/1763005.html

http://az.trend.az/news/society/diaspora/1762913.html

http://az.trend.az/news/society/diaspora/1761223.html

http://az.trend.az/news/society/diaspora/1760042.html

http://az.trend.az/news/society/diaspora/1759567.html

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Xəbər lenti

Xəbər lenti