...

Azərbaycan hökuməti Novruz bayramında beş gün qeyri-iş günü elan edib

Cəmiyyət Materials 3 Dekabr 2010 11:02 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti 2011-ci ildə Novruz, Ramazan, Qurban bayramlarının qeyd edilməsinə dair qərar qəbul edib.
Azərbaycan hökuməti Novruz bayramında beş gün qeyri-iş günü elan edib

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Nazirlər Kabineti 2011-ci ildə Novruz, Ramazan, Qurban bayramlarının qeyd edilməsinə dair qərar qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən cümə günü Trend-ə bildirilib ki, Əmək Məcəlləsinin 105-ci maddəsinə, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına əsasən, qərara alınıb ki, 2011-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 30, 31 avqust Ramazan bayramı, 6, 7 noyabr Qurban bayramıdır.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Martın 20-si bazar gününə düşdüyü üçün martın 25-nin qeyri-iş günü elan ediləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti