Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir М.Əliyev/
Bakı şəhər Dövlət Yol Polisi İdarəsində yeni alay yaradılıb. Bu barədə Trend-ə İdarədən məlumat verilib.
400 polis əməkdaşından ibarət mövcud heyətin yaradılması Bakı şəhər DYPİ-nin ştatında müvafiq ixtisarlara gətirib çıxarıb.
Bundan əlavə, Bakı şəhər DYPİ-nin rayon şöbələrində ixtisarlar edilib.
Bundan əvvəl Xətai RPŞ-nin müfəttişi vəzifəsini tutan Vaqif Əsədov idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Bundan əvvəl bu vəzifəni Cəmşid Hənifəyev icra edib.