Cümə axşamı Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan Iğdır əyalətində ölkə ərazisində qeyri-qanuni olduqlarına görə dörd Azərbaycan vətəndaşı həbs edilib.
Həbs olunanlara qarşı Türkiyə qanunvericiliyinə əsasən tədbirlər görüləcək. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.