Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir M.Əliyev/
Nazir Kəmaləddin Heydərovun başçılığı ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti nazirliyin yaradılmasının beş illiyi ilə əlaqədar cümə axşamı Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub.
FHN-in nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi uğrunda həlak olan şəhidlərin məzarları önünə güllər qoyub.
FHN-də nazirliyin yaradılmasının beş illiyinə həsr olunmuş kollegiya iclası keçiriləcək.