...

Bakıda yanacaqdoldurma məntəqələrinə basqın edən dəstənin daha bir üzvü həbs edilib

Cəmiyyət Materials 23 Dekabr 2010 12:46 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mütəşəkkil dəstənin üzvü Elgün İbrahimov ötən gün saxlanılıb.
Bakıda yanacaqdoldurma məntəqələrinə basqın edən dəstənin daha bir üzvü həbs edilib

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda yanacaqdoldurma məntəqələrinə basqın edən dəstənin daha bir üzvü həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mütəşəkkil dəstənin üzvü Elgün İbrahimov ötən gün saxlanılıb.

Bir neçə gün öncə Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtda çoxsaylı quldurluq və soyğunçuluq hadisələri törətməkdə şübhəli bilinən mütəşəkkil dəstə üzvləri zərərsizləşdirilib.

Saxlanılan dəstə üzvləri Elşən Əhmədov və Yengibar Abbasov dindirilmə zamanı bu ilin sentyabr, oktyabr və noyabr aylarında Binəqədi rayonunda yerləşən "Xəqani Petrol", "Star", habelə paytaxtın digər rayonlarında ümumilikdə 15 yanacaqdoldurma məntəqəsində soyğunçuluq və quldurluq əməlləri törətdiklərini etiraf ediblər.

Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər yanacaqdoldurma məntəqələrinə gedərkən bahalı avtomobillərdən istifadə ediblər. Həyata keçirilən tədbirlər nəticəsində hadisələr törədilərkən istifadə olunan 2 ədəd "Mercedes ML" markalı və 1 ədəd "Toyota Prado" markalı avtomobil müəyyən edilərək Polis İdarəsinə gətirilib.

Xəbər lenti

Xəbər lenti