...

Azərbaycanda məhkumlar üçün ingilis dili və kompüter kursları açılıb (FOTO)

Cəmiyyət Materials 24 Dekabr 2010 17:43 (UTC +04:00)
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzindən cümə günü Trend-ə verilən məlumata görə, bu gün 9 saylı cəzaçəkmə müəssisəsində keçirilən tədbirdə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Nazim Ələkbərov iştirak edib.
Azərbaycanda məhkumlar üçün ingilis dili və kompüter kursları açılıb (FOTO)

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda məhkumlar üçün ingilis dili və kompüter kursları açılıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzindən cümə günü Trend-ə verilən məlumata görə, bu gün 9 saylı cəzaçəkmə müəssisəsində keçirilən tədbirdə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Nazim Ələkbərov iştirak edib.

Ələkbərov dövlətimizin humanist cəza siyasəti apardığını, penitensiar müəssisələrdə məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması, cəza çəkənlərin hüquqlarının və qanuni mənafelərinin qorunması sahəsində mütərəqqi dəyişikliklərin davam etdirildiyini bildirib.

Qeyd edib ki, təşkil olunmuş dil və kompüter kursları, cəzaçəkmə müəssisələrinin ən müasir kompüter avadanlıqları ilə təchiz olunması məhkumların islah edilməsi və yenidən tərbiyə olunmasında, onların gələcəkdə azad cəmiyyətə qısa müddət ərzində inteqrasiyasında xüsusi əhəmiyyət kəsb edir.

Tədbir iştirakçıları cəza çəkənlərin asudə vaxtlarının təşkili, ailə üzvləri və yaxın qohumları ilə görüşləri üçün yaradılmış şəraitlə tanış olublar.

Məhkumların maddi-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müəssisədə görülmüş işlər müsbət qiymətləndirilib.

Nazir müavini Ələkbərov cəza çəkənlərin saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdiriləcəyini qeyd edərək, məhkumları maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirib.

Xəbər lenti

Xəbər lenti