...

Azərbaycanda terror qurbanları ailələrinə müvafiq status verilə bilər

Cəmiyyət Materials 29 Dekabr 2010 17:05 (UTC +04:00)
Azərbaycanda terror qurbanları ailələrinə müvafiq status verilməlidir. Bunu Milli Məclisin Sosial siyasət komitəsinin iclasında komitə sədri Hadı Rəcəbli deyib.
Azərbaycanda terror qurbanları ailələrinə müvafiq status verilə bilər

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda terror qurbanları ailələrinə müvafiq status verilməlidir. Bunu Milli Məclisin Sosial siyasət komitəsinin iclasında komitə sədri Hadı Rəcəbli deyib.

Komitə sədri iclasda sosial müavinətlərin verilməsi zamanı terror qurbanları ailələrinin Qarabağ müharibəsi əlillərinə bərabər statusda tutulması təklifi ilə çıxış edib.

"Azərbaycanda kifayət qədər terror qurbanları ailələri var. Onlar düşmənlərimizin təxribatları nəticəsində vəfat ediblər. Ona görə də terror qurbanları ailələrinə müvafiq status verilməlidir", - komitə sədri qeyd edib.

O bildirib ki, bunun üçün müvafiq qanunvericilikdə müəyyən işlər görülməlidir.

Sosial siyasət komitəsinin iclasında 2011-ci il yaz sessiyasının gündəliyinə daxil olunacaq məsələlər müzakirə edilib. Yaz sessiyası ərzində "Sosial xidmət haqqında", "Reproduktiv sağlamlıq haqqında", "Ailə həkimi haqqında", "Gənc ailələrin sosial müdafiəsi haqqında", "Siqaretçəkmənin məhdudlaşdırılması haqqında" qanun layihələri, Sağlamlıq və Sosial Müdafiə məcəllələrinin hazırlanması, Əmək və Ailə məcəllələrinə əlavə və dəyişikliklərin ("Pasientin hüquqları haqqında" qanunun "Bioetika haqqında" qanun adlandırılması və təkmilləşdirilərək müzakirəyə təqdim olunması) edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti