...

Azərbaycanda həkimlərin imtahanlarının nəticələri açıqlanıb

Cəmiyyət Materials 7 Yanvar 2011 13:17 (UTC +04:00)
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin ilk imtahanlarının nəticələri açıqlanıb.
Azərbaycanda həkimlərin imtahanlarının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir M.Əliyev/

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin ilk imtahanlarının nəticələri açıqlanıb.

Trend-in məlumatına görə, nazirliyin rəsmi saytında yayılan məlumatda bildirilir ki, yanvarın 5-də mama-ginekologiya və terapiya ixtisasları üzrə keçirilən imtahanlarda 23 həkim iştirak edib. İmtahanlarda iştirak edən həkimlərin 92 faizi (21 nəfər) uğur qazanıb.

İmtahanın şərtlərinə görə, 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60-na düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılırlar.

Xəbər lenti

Xəbər lenti