...

Yevlax və Ağdaş rayonlarının sosial-iqtisadi və ictimai-siyasi həyatında xidmətləri olan şəxslər təltif edilib

Cəmiyyət Materials 12 Yanvar 2011 20:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Yevlax rayonunun sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Yevlax və Ağdaş rayonlarının sosial-iqtisadi və ictimai-siyasi həyatında xidmətləri olan şəxslər təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Yevlax rayonunun sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Yevlax rayonunun sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərə - Həmzəyev Kamil Əli oğlu, Quliyev Vaqif Oruc oğlu, Məmmədova Əntiqə Nəcəf qızına "Əməkdar Müəllim", Ellazov Aydın Sarı oğlu, Məmmədova Zemfira Davud qızı, Şabanova Tünzalə Şəmistan qızına "Əməkdar Həkim", Həsənov Nizami Fərman oğlu, Seyidov Nazim Fətulla oğluna "Əməkdar Mühəndis", Əhmədov İlqar Yusif oğlu, Mustafayev Eldəniz Bəhmən oğlu və Nəbiyev İdris Əli oğluna "Əməkdar Mədəniyyət İşçisi" fəxri adları verilib.

Prezidentin digər sərəncamı ilə Yevlax rayonunun ictimai-siyasi həyatında xidmətləri olan şəxslər - Əhmədov Mustafa Bayram oğlu, Əliyev Knyaz Allahverdi oğlu və Orucov Paşa Kirman oğlu "Tərəqqi" medalı ilə təltif ediliblər.

Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyev Ağdaş rayonunun ictimai-siyasi həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Ağdaş rayonunun ictimai-siyasi həyatında xidmətləri olan şəxslər - Bayramov Şahin Məmməd oğlu "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə,Hacıbalayeva Şəhla Baba qızı, Həmidov Vuqar Rəsul oğlu, Nəbiyev Rafiq Yusif oğlu, Rəhimov Akif Yunis oğlu və Yusibova Hənifə Nəsib qızı "Tərəqqi" medalı ilə təltif olunublar.

Prezidentin digər sərəncamı ilə Ağdaş rayonunun sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərə - Şıxıyeva Tənzilə Ağabala qızına "Əməkdar Müəllim",Nuriyev Nuru İbad oğluna "Əməkdar Həkim",Hacıyev Əhliman Səlim oğlu "Əməkdar Mühəndis" və Hüseynova Möysünə Maxsud qızına "Əməkdar Mədəniyyət İşçisi"fəxri adları verilib.

Xəbər lenti

Xəbər lenti