...

Azərbaycanda 86 mövzu üzrə yeni müdafiə təyinatlı məmulatların sınaqları keçiriləcək

Cəmiyyət Materials 14 Yanvar 2011 10:27 (UTC +04:00)
Bu barədə nazir Yavər Camalovun sədrliyi ilə keçirilən səyyar müşavirələrdə 2011-ci ilin "Dövlət Müdafiə Sifarişi Proqramı"nın layihəsi müzakirə edilərkən qeyd olunub. Müşavirələrdə istehsalat birlikləri üzrə 2010-cu ilin yekunları barədə məlumatlar da dinlənilib.
Azərbaycanda 86 mövzu üzrə yeni müdafiə təyinatlı məmulatların sınaqları keçiriləcək

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda bu il 86 mövzu üzrə müdafiə təyinatlı məmulatlar yaradılacaq və onların sınaqları keçiriləcək. Trend-in Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə nazir Yavər Camalovun sədrliyi ilə keçirilən səyyar müşavirələrdə 2011-ci ilin "Dövlət Müdafiə Sifarişi Proqramı"nın layihəsi müzakirə edilərkən qeyd olunub. Müşavirələrdə istehsalat birlikləri üzrə 2010-cu ilin yekunları barədə məlumatlar da dinlənilib.

Cari ildə müdafiə təyinatlı məmulatların istehsal həcminin ötən ilə nisbətən 4 dəfədən çox artırılması, mülki məmulatlar üzrə istehsal həcminin genişləndirilməsi və çeşid sayının 15 faiz artımı nəzərdə tutulur.

Müşavirələrdə nazir Yavər Camalov 2011-ci ilin "Dövlət Müdafiə Sifarişi Proqramı"nın icrasının təmini məqsədilə nazirliyin tabeli müəssisələrinin yeni texnologiya və avadanlıqlarla təchizatı ilə bağlı tapşırıqlar verib.

Nazir bildirib ki, tabeli müəssisələrin 2010-cu il üzrə fəaliyyətlərinin yekunları keçiriləcək kollegiya iclasında geniş şəkildə müzakirə ediləcək.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2005-ci ildə yaradılıb. Keçən dövr ərzində Azərbaycan Silahlı Qüvvələrinin döyüş sursatları ilə təchizatında xarici ölkələrdən asılılıq aradan qalxıb.

Xəbər lenti

Xəbər lenti