...

Azərbaycanda neqativ hallara yol verdiyinə görə hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib

Cəmiyyət Materials 26 Yanvar 2011 20:22 (UTC +04:00)
Azərbaycanın Məhkəmə-Hüquq Şurasının çərşənbə günü keçirilən iclasında qanunvericiliyin tələblərinin dəfələrlə kobudcasına pozulmasına və digər neqativ hallara yol verdiyinə görə İmişli rayon məhkəməsinin hakimi Qubadəli Rzayevin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilib
Azərbaycanda neqativ hallara yol verdiyinə görə hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Məhkəmə-Hüquq Şurasının çərşənbə günü keçirilən iclasında qanunvericiliyin tələblərinin dəfələrlə kobudcasına pozulmasına və digər neqativ hallara yol verdiyinə görə İmişli rayon məhkəməsinin hakimi Qubadəli Rzayevin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilib. Trend-in məlumatına görə, bu barədə şuradan bildiriblər.

Həmçinin iclasda insan haqlarının pozulması, süründürməçilik və digər qanun pozuntularına yol vermələri ilə bağlı yeddi hakim barədə intizam icraatlarının başlanılması bildirilib.

İclasda qeyd olunub ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində hakimlər tərəfindən yol verilən kobud nöqsan və qanun pozuntularının aradan qaldırılması istiqamətində 2010-cu ildə 21 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən, üç hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, üç nəfərin iş yeri dəyişdirilib, habelə töhmət və digər intizam tənbehləri verilib.

Xəbər lenti

Xəbər lenti