...

Azərbaycanın səhiyyə sistemində 21 rəhbər şəxs tutduğu vəzifədən azad olunub

Cəmiyyət Materials 8 Fevral 2011 15:44 (UTC +04:00)
Azərbaycan səhiyyə sistemində 21 nəfər rəhbər və struktur bölmə rəhbəri tutduğu vəzifədən azad olunub. Trend-in məlumatına görə bu barədə Səhiyyə Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycanın səhiyyə sistemində 21 rəhbər şəxs tutduğu vəzifədən azad olunub

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan səhiyyə sistemində 21 nəfər rəhbər və struktur bölmə rəhbəri tutduğu vəzifədən azad olunub. Trend-in məlumatına görə bu barədə Səhiyyə Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Səhiyyə Nazirliyində 31.01.2011-ci il tarixində keçirilmiş geniş kollegiya iclasının nəticəsi olaraq, əhaliyə göstərilən tibbi yardımın təşkilində yol verilən ciddi nöqsanlara görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xəstəxana, doğum evi, gigiyena və epidemiologiya mərkəzlərinin 21 nəfər rəhbər və struktur bölmə rəhbəri vəzifəsindən uzaqlaşdırılıb, 54 nəfər məsul işçisi barədə isə intizam tənbehi tətbiq edilib.

Məlumata görə, tibb xidmətinin və dövlət sanitariya nəzarətinin təkmilləşdirilməsi sahəsində Səhiyyə Nazirliyinin struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti