...

BMT Novruz bayramı ilə bağlı təbrik açıqcalarını hazırlamaq üçün müsabiqə elan edib

Cəmiyyət Materials 9 Fevral 2011 14:51 (UTC +04:00)
BMT Novruz bayramı ilə bağlı təbrik açıqcalarını hazırlamaq üçün müsabiqə elan edib. Bu barədə çərşənbə günü Trend-ə BMT-nin İctimai informasiya departamentindən məlumat veriblər.
BMT Novruz bayramı ilə bağlı təbrik açıqcalarını hazırlamaq üçün müsabiqə elan edib

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir T.Hacıyev/

BMT Novruz bayramı ilə bağlı təbrik açıqcalarını hazırlamaq üçün müsabiqə elan edib. Bu barədə çərşənbə günü Trend-ə BMT-nin İctimai informasiya departamentindən məlumat veriblər.

BMT gənc rəssam və dizaynerləri bu müsabiqədə iştiraka dəvət edir. Açıqcanın dizaynı A4 ölçüsündə (qatlanmış iki A5) olmalı, BMT-nin bəşəri sülh və xeyirxahlıq ideyalarını, müsbət çalarlarda çatdırmalı, Azərbaycanda BMT sistemi təşkilatlarının fəaliyyətini əks etdirməli və açıqcanın üzərində, yaxud arxasında müəllifin adı qeyd edilməməlidir.

BMT müsabiqədə iştirak etmək istəyənlər üçün tələblər də müəyyən edib. İştirakçının yaşı 16-29 arasında olmalı, bir iştirakçı ən çoxu iki iş təqdim etməli, iştirakçılar işlərlə yanaşı ayrıca olaraq əlaqə nömrələri və elektron ünvanları göstərilməklə özləri haqqında qısa məlumat göndərməlidirlər. İşi izah edən qısa mətn də əlavə oluna bilər.

İşləri göndərmək üçün son tarix martın 3-dür. Bütün işlər münsiflər heyəti tərəfindən nəzərdən keçiriləcək və ən yaxşısı müəyyən ediləcək. Qalib 200 AZN pul mükafatı və xüsusi sertifikatla təltif ediləcək. İkinci və üçüncü yerin sahiblərinə həvəsləndirici mükafatlar veriləcək.

Bütün işlər çap olunmuş və ya orijinal formada BMT-nin İctimai informasiya departamentinə təqdim edilməlidir (BMT-nin 50 illiyi küçəsi, 3. AZ 1001 Bakı, Azərbaycan). Əgər iş rəqəmli formadadırsa, onu ən azı 300 dpi keyfiyyətli JPEG fayl şəklində [email protected] elektron ünvanına göndərmək xahiş olunur.

2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Novruz bayramının Beynəlxalq Novruz Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib. Günün məqsədi dünyadakı bütün dövlətlər və xalqların bu bayramın tarixi və ənənələrinə əsaslanaraq təbiətlə insan arasında harmoniyanı və bəşəri sülh və xeyirxahlıq ideyalarını təbliğ etməsidir.

Hər il martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd edilir.

Xəbər lenti

Xəbər lenti