...

Azərbaycan-türk nikahlarının sayı artır

Cəmiyyət Materials 14 Fevral 2011 12:04 (UTC +04:00)
Son illərdə Naxçıvan Muxtar Respublikası (NMR) və onunla sərhəddə yerləşən Türkiyənin İqdır əyalətinin sakinləri arasında nikahların sayı artır. Trend-in məlumatına görə, bu barədə bazar günü Türkiyənin "Sabah" qəzeti yazır.
Azərbaycan-türk nikahlarının sayı artır

Son illərdə Naxçıvan Muxtar Respublikası (NMR) və onunla sərhəddə yerləşən Türkiyənin İqdır əyalətinin sakinləri arasında nikahların sayı artır. Trend-in məlumatına görə, bu barədə bazar günü Türkiyənin "Sabah" qəzeti yazır.

Son 10 ildə İqdır və NMR, eləcə də Azərbaycanın digər rayonlarının sakinləri arasında 753 nikah bağlanıb. Bu nikahların əksəriyyəti türkiyəli kişilər və azərbaycanlı qadınlar arasında bağlanıb.

Qəzetin yazdığına görə, belə nikahların bağlanması üçün əlverişli amil iki ölkənin sərhəd rayonlarında yaşayan əhalinin mədəniyyətinin və həyat tərzinin oxşarlığıdır.

Xəbər lenti

Xəbər lenti