...

Xocalı faciəsi haqqında həqiqəti dünyaya çatdırmağın vaxtı yetişib – Türkiyə səfiri (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 22 Fevral 2011 16:50 (UTC +04:00)
Azərbaycanın Xocalı şəhərinin faciəsi haqqında bütün həqiqəti dünya ictimaiyyətinə çatdırmağın vaxtı yetişib.
Xocalı faciəsi haqqında həqiqəti dünyaya çatdırmağın vaxtı yetişib – Türkiyə səfiri (ƏLAVƏ OLUNUB)

Səfirin yeni fikirləri əlavə olunub (ilk xəbər saat 16:38-də yayılıb)

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir R.Hafizoğlu/

Azərbaycanın Xocalı şəhərinin faciəsi haqqında bütün həqiqəti dünya ictimaiyyətinə çatdırmağın vaxtı yetişib. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc çərşənbə axşamı "Xocalı soyqırımı" filminin təqdimatında bildirib.

Film Türkiyənin dövlət telekanalı TRT tərəfindən hazırlanıb.

"Xocalı hadisəsi təkcə Azərbaycan xalqının deyil, həm də türk xalqının faciəsidir. Bu filmdə göstərilən həqiqət bütün dünyaya çatdırılmalıdır", - Kılıc bildirib.

Onun sözlərinə görə, regionda 20 ildən bəri davam edən ədalətsizliyə son qoyulmalıdır.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktı həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndindən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus silahlı texnikanın mühüm hissəsi Ermənistan separatçılarına verilib.

Xəbər lenti

Xəbər lenti