...

Azərbaycanda çaylarda sululuq səviyyəsi artıb

Cəmiyyət Materials 1 Mart 2011 13:48 (UTC +04:00)
Azərbaycanda fevral ayının üçüncü ongünlüyündə yağan yağıntılarla əlaqədar dağ çaylarında, xüsusən də Lənkəran-Astara bölgəsi çaylarında sululuq səviyyəsinin artması müşahidə olunur.
Azərbaycanda çaylarda sululuq səviyyəsi artıb

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda fevral ayının üçüncü ongünlüyündə yağan yağıntılarla əlaqədar dağ çaylarında, xüsusən də Lənkəran-Astara bölgəsi çaylarında sululuq səviyyəsinin artması müşahidə olunur. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər.

Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 235-365, Quba-Xaçmaz bölgəsi çaylarında 120-175, Lənkəran-Astara bölgəsi çaylarında 210-265, Kiçik Qafqaz çaylarında 110-155 faizini təşkil edir.

Azərbaycan ərazisində Kür çayının səviyyəsində artım ən çox Zərdab məntəqəsində müşahidə olunub - 216 sm.

Naxçıvan Muxtar Respublikası çaylarında isə sululuq azalaraq ongünlük normanın 80 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti