...

Fevralda Türkiyədə Azərbaycandan olan 18 qeyri-qanuni miqrant saxlanılıb

Cəmiyyət Materials 2 Mart 2011 17:04 (UTC +04:00)
Fevralda jandarmeriya qüvvələrinin əməkdaşları Türkiyə sərhədini qeyri-qanuni yolla keçən 18 Azərbaycan vətəndaşını saxlayıblar.
Fevralda Türkiyədə Azərbaycandan olan 18 qeyri-qanuni miqrant saxlanılıb

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir A.Axundov/

Fevralda jandarmeriya qüvvələrinin əməkdaşları Türkiyə sərhədini qeyri-qanuni yolla keçən 18 Azərbaycan vətəndaşını saxlayıblar. Trend-in məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytında verilən məlumatda deyilir.

Onlardan 7-si fevralın 26-da, beşi isə 19-da saxlanılıb.

Yanvarda Azərbaycandan olan qeyri-qanuni miqrantların sayı 4 nəfər təşkil edib.

Saxlanılan qeyri-qanuni miqrantlara qarşı Türkiyə qanunvericiliyində nəzərdə tutulan tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti