...

Azərbaycan hökuməti bakalavr pilləsi ixtisaslarının siyahısına dəyişiklik edib

Cəmiyyət Materials 4 Mart 2011 10:55 (UTC +04:00)
Azərbaycan hökuməti bakalavr pilləsi ixtisaslarının siyahısına əlavə və dəyişikliklər edib.
Azərbaycan hökuməti bakalavr pilləsi ixtisaslarının siyahısına dəyişiklik edib

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan hökuməti bakalavr pilləsi ixtisaslarının siyahısına əlavə və dəyişikliklər edib. Trend-in məlumatına görə, bu barədə cümə günü Nazirlər Kabinetindən bildiriblər.

Əlavələrə əsasən, ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısının "Səhiyyə, rifah və xidmət ixtisasları" qrupunda "Müalicə işi", "Hərbi həkim işi", "Tibbi profilaktika", "Stomatologiya" ixtisasları üzrə həkim hazırlığının aparılması haqqında qeydlər əlavə olunub.

"Humanitar və sosial ixtisaslar qrupu" bölməsində isə "Filologiya" sözündən sonra "(dil və ədəbiyyat göstərilməklə)" sözləri əlavə edilib.

Nazirlər Kabinetinin təsdiq etdiyi dəyişiklikdən sonra "bakalavr pilləsi" sözləri "bakalavriat səviyyəsi" adlanacaq.

Xəbər lenti

Xəbər lenti