...

"Azərsun Holdinq" növbəti dəfə Avropa Təhsil Fondunun İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq konfransında təmsil olunub

Cəmiyyət Materials 4 Mart 2011 17:49 (UTC +04:00)
"Azərsun Holdinq"in bir çox sahələrdə olduğu kimi, təhsil sahəsinə də geniş dəstək verməsi danılmaz faktdır.
"Azərsun Holdinq" növbəti dəfə Avropa Təhsil Fondunun İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq konfransında təmsil olunub

Azərbaycan, Bakı, 4 mart /Trend/

"Azərsun Holdinq"in bir çox sahələrdə olduğu kimi, təhsil sahəsinə də geniş dəstək verməsi danılmaz faktdır. Bunun təzahürü olaraq, "Azərbaycan Respublikasında texniki peşə məktəblərinin inkişaf strategiyası" layihəsi çərçivəsində Təhsil Nazirliyi və "Azərsun Holdinq" arasında 2009-cu ildə niyyət protokolu imzalanıb. Bu protokola əsasən, Biləsuvar rayonunda fəaliyyət göstərən "Natural Green Land" və 1 saylı Biləsuvar Texniki Peşə Liseyi arasında texniki personalın hazırlanması layihəsi həyata keçirilir.

Bəh sedilən layihə beynəlxalq ekspertlərin marağına səbəb olub. Bu məqsədlə də Azərbaycanda fəaliyyət göstərən biznes strukturları arasından yalnız "Azərsun Holdinq" növbəti dəfə İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq konfransa dəvət alıb və nümayəndə ilə təmsil olunub.

Bu sahədə ilk konfrans 2009-cu il tarixində Avropa Parlamentində keçirilib.

Xəbər lenti

Xəbər lenti