...

Azərbaycanda avtomobillərə dövlət nömrə nişanının verilməsi rüsumu rəqəmlərə və hərflərə görə müəyyənləşəcək

Cəmiyyət Materials 5 Mart 2011 12:09 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı fərman imzalayıb. Trend-in məlumatına görə, bu barədə Prezidentin rəsmi saytı xəbər verir.
Azərbaycanda avtomobillərə dövlət nömrə nişanının verilməsi rüsumu rəqəmlərə və hərflərə görə müəyyənləşəcək

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı fərman imzalayıb. Trend-in məlumatına görə, bu barədə Prezidentin rəsmi saytı xəbər verir.

Fərmanda, o cümlədən Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xidmətlərin göstərilməsi və sənədlərin verilməsi, həmçinin dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə müqaviləsi və ya etibarnamə əsasında başqa şəxsə verilərkən qeydiyyatın aparılması prosedurunun sadələşdirilməsi barədə tapşırıqlar verilib.

Nazirlər Kabinetinə 2 ay müddətində bu barədə təkliflərini hazırlayıb, Prezidentə təqdim etmək tapşırılıb.

Həmçinin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsinə görə tutulan dövlət rüsumunun məbləğinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə diferensiasiya edilməsinə dair təkliflərin hazırlanması da tapşırılıb.

Xəbər lenti

Xəbər lenti