...

ABŞ-ın elmi məsələlər üzrə xüsusi elçisi Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 8 Mart 2011 06:08 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obamanın təhsil və elm sahələrində əlaqələrin möhkəmləndirilməsi təşəbbüsü çərçivəsində, 8-11 mart tarixlərində ABŞ-ın elmi məsələlər üzrə xüsusi elçisi xanım Elis Qast (Alice Gast) Azərbaycana səfər edəcək.
ABŞ-ın elmi məsələlər üzrə xüsusi elçisi Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir İ.Hüseynov/

ABŞ Prezidenti Barak Obamanın təhsil və elm sahələrində əlaqələrin möhkəmləndirilməsi təşəbbüsü çərçivəsində, 8-11 mart tarixlərində ABŞ-ın elmi məsələlər üzrə xüsusi elçisi xanım Elis Qast (Alice Gast) Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti xəbər yayıb.

Səfər çərçivəsində Qast hökümət rəsmiləri, nazirlər, elm və təhsil sahələrinin təmsilçiləri, qeyri kommersiya və işgüzar dairələrin nümayəndələri ilə görüşəcək. Görüşlərdə enerji, informasiya texnologiyaları, təhsil sahələrində əməkdaşlıq müzakirə olunacaq, dövlət departamentinin məlumatında deyilir.

Məlumata əsasən, Elis Qastın səfərinin 8 Mart - Beynəlxalq Qadınlar Günü başlanması bir daha qadınların elmin inkişafında vacib rol oynadığını xüsusi olaraq nəzərə çatdırır.

Doktor Elis Qast görkəmli kimyaçı-mühəndisdir, Lihay universitetinin Prezidenti vəzifəsində çalışır. Bir çox elmi tədqiqatların müəllifidir.

Xəbər lenti

Xəbər lenti