...

Azərbaycan Penitensiar Xidmətinə 30 nəfər işə qəbul edilib (FOTO)

Cəmiyyət Materials 9 Mart 2011 17:46 (UTC +04:00)
Azərbaycan Penitensiar Xidmətinə orta rəis vəzifələrinə 30 nəfər qəbul edilib.
Azərbaycan Penitensiar Xidmətinə  30 nəfər işə qəbul edilib (FOTO)

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Penitensiar Xidmətinə orta rəis vəzifələrinə 30 nəfər qəbul edilib.

PX-nin ictimaiyyətlə əlqələr şöbəsindən Trend-ə verilən məlumata görə, xidmətin ixtisaslı kadrlarla komplektləşdirilməsi məqsədilə ədliyyə orqanlarının təhsil müəssisələrindən, ixtisasartırma kurslarından, məşğələlərindən və digər tədbirlərdən istifadə olunur.

Xidmətin Baş İdarəsində orta rəis vəzifələrinə qəbul edilmiş əməkdaşlar xidmət rəhbərlliyi tərəfindən qəbul edilib.

Penitensiar Xidmətin rəis müavini, ədliyyə polkovniki Hüseyn Əlixanov yüksək nəzəri və peşə hazırlığına, sağlam mənəviyyata malik gənc kadrların aşkarlıq şəraitində, şəffaf prosedurlarla işə qəbulunun aparıldığını qeyd edib.

Penitensiar Xidmətin məsul əməkdaşları gənc mütəxəssislərə gələcək fəaliyyətləri ilə bağlı tövsiyələr veriblər.

Xəbər lenti

Xəbər lenti