...

Azərbaycan ilə Rusiyanın penitensiar xidmətləri arasında əməkdaşlığın prespektivləri müzakirə olunub

Cəmiyyət Materials 16 Mart 2011 16:02 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, martın 15-də Azərbaycana səfər edən Rusiyanın Cəzaların İcrası Federal Xidmətinin nümayəndə heyəti ilə Xidmətin rəisi Mədət Quliyevin görüşü olub.
Azərbaycan ilə Rusiyanın penitensiar xidmətləri arasında əməkdaşlığın prespektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ilə Rusiyanın penitensiar xidmətləri arasında əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, martın 15-də Azərbaycana səfər edən Rusiyanın Cəzaların İcrası Federal Xidmətinin nümayəndə heyəti ilə Xidmətin rəisi Mədət Quliyevin görüşü olub.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev respublikada son illərdə penitensiar sistemdə görülmüş işlər, habelə cəzaların icrasının təşkili ilə bağlı həyata keçirilmiş tədbirlər, əldə olunmuş müsbət nəticələr və həllini gözləyən problemlər barədə ətraflı məlumat verib.

Son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlər barəsində də qonaqlara müfəssəl məlumat verilib.

Rusiyanın Cəzaların İcrası Federal Xidmətinin direktoru Aleksandr Reymer rəhbəri olduğu qurumda aparılan islahatlar çərçivəsində yeni inkişaf konsepsiyanın, habelə cəza-icra sisteminin inkişafına dair dövlət proqramının qəbul edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Rusiyalı qonaqlar beynəlxalq təcrübənin, o cümlədən Azərbaycan cəza-icra sisteminin əldə etdiyi nailiyyətlərin öyrənilməsi, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini xüsusilə vurğulayıblar.

Qəbul zamanı Rusiya nümayəndə heyətinin Ryazan Hüquq və İdarəetmə Akademiyasının məzunları olmuş və hazırda Azərbaycanın Penitensiar Xidmətində çalışan əməkdaşlarla görüşü təşkil edilib.

Qəbulda Penitensiar Xidmətin rəhbərliyi və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin məsul əməkdaşı iştirak edib.

Görüşdən sonra rusiyalı qonaqlar Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına baş çəkib, həmin müəssisənin fəaliyyəti və təqsirləndirilən şəxslərin saxlanma şəraiti ilə yaxından tanış olublar.

Xəbər lenti

Xəbər lenti