...

BMT-nin iqamətgahında Novruz bayramı qeyd olunub

Cəmiyyət Materials 23 Mart 2011 11:29 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında Beynəlxalq Novruz Günü qeyd olunub.
BMT-nin iqamətgahında Novruz bayramı qeyd olunub

Azərbaycan, Bakı, 23 mart /Trend/

Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında Beynəlxalq Novruz Günü qeyd olunub. Bu barədə Trend-ə Azərbaycanın BMT yanında daimi nümayəndəliyindən məlumat verilib.

Tədbir Azərbaycanın təşəbbüsü ilə BMT çərçivəsində qəbul edilmiş Beynəlxalq Novruz Günü adlı qətnamə əsasında keçirilib.

Tədbiri BMT Baş Assambleyasının 65-ci sessiyasının prezidenti Cozef Deyz açıb və BMT baş katibinin müraciəti oxunub. Daha sonra Tacikistan mədəniyyət naziri, Albaniya, Azərbaycan, Əfqanıstan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistanın BMT yanında daimi nümayəndələri çıxış ediblər.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev çıxış edərək Novruzun beynəlxalq gün kimi qeyd edilməsinin Azərbaycanın təşəbbüsü əsasında realaşdırıldığını iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda, daimi nümayəndə Novruzun ölkəmizdə qeyd edilməsinin Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qədim tarixə malik olduğunu bildirib.

Digər ölkələrin BMT yanında daimi nümayəndələri də çıxış edərək, Novruz bayramının həm milli, həm də beynəlxalq səviyyədə qeyd edilməsi ilə bağlı öz təcrübələri barədə məlumat veriblər.

Rəsmi tədbirdən sonra bütün iştirakçılara Novruz şirniyyatları və yeməklərindən ibarət rəsmi ziyafət verilib.

Novruz bayramının BMT çərçivəsində qeyd olunmasının davamı kimi TÜRKSOY-un təşkilatçılığı əsasında Azərbaycan, Qazaxıstan və Türkiyədən olan mədəniyyət xadimlərinin iştirakı ilə martın 24-də BMT-də, martın 26-da isə Nyu Yorkun Toun Hall zalında geniş konsert veriləcək.

Xəbər lenti

Xəbər lenti