...

Azərbaycanın Ombudsman Aparatının əməkdaşları Eynulla Fətullayevlə bir daha görüşüblər

Cəmiyyət Materials 29 Mart 2011 20:15 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevlə bir daha görüşüb, onun vəziyyətini araşdırıblar. Bu barədə çərşənbə axşamı Trend-ə Ombudsman Aparatından məlumat verilib.
Azərbaycanın Ombudsman Aparatının əməkdaşları Eynulla Fətullayevlə bir daha görüşüblər

Azərbaycan, Bak, 29 mart /Trend/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevlə bir daha görüşüb, onun vəziyyətini araşdırıblar. Bu barədə çərşənbə axşamı Trend-ə Ombudsman Aparatından məlumat verilib.

Məhkum 1 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi və əməkdaşlarının ona qarşı rəftarından şikayət etməyib. Eyni zamanda, o, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında (BİT) saxlanıldığı zaman təzyiqlərə məruz qaldığını bildirib, habelə təhlükəsizliyinin təmin edilməsini əsas gətirərək, 9, 11 və ya 15 saylı cəzaçəkmə müəssisələrinə köçürülməsini xahiş edib.

Baş redaktorun ciddi rejimli cəzaçəkmə müəssisələrində təhlükə ilə üzləşməsi ehtimalı olduğunu bildirməsi və 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsində kömək göstərilməsi xahişinə əsasən, müvəkkil ə dliyyə nazirinə məktubla müraciət edib.Həmin müraciətdə məsələnin araşdırılması, qanunvericilik çərçivəsində həll edilməsi və nəticəsi barədə məlumat verilməsi xahiş olunub. Ədliyyə Nazirliyindən verilən məlumatda Fətullayevin həyatına cəzaçəkmə müəssisəsi lərində hər hansı təhlükənin olmadığı bildirilib.

Xəbər lenti

Xəbər lenti