...

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yeni inzibati binaları istifadəyə verilib

Cəmiyyət Materials 30 Mart 2011 14:50 (UTC +04:00)
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin 8 rayon şöbəsinin yeni inzibati binaları istifadəyə verilib.
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yeni inzibati binaları istifadəyə verilib

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir K.Zərbalıyeva/

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin 8 rayon şöbəsinin yeni inzibati binaları istifadəyə verilib.

Birliyin baş direktoru Şakir Musayev çərşənbə günü Trend-ə bildirib ki, Bakının Sabunçu, Xətai, Qaradağ, respublikanın Gəncə, Quba, Şirvan və Lənkəran şəhər və rayonlarında qurumun yerli şöbələrinin müasir standartlara cavab verən inzibati binaları istifadəyə verilib.

Onun sözlərinə görə, binalar müasir standartlara uyğun inşa və təmir olunub, müasir texniki avadanlıqlarla, o cümlədən, soyuducu şkaflar və kameralarla təchiz edilib.

Həmçinin, rayon şöbələrinə meyitlərin uzaq məsafələrə daşınması üçün soyuducu qurğu ilə təchiz olunmuş xüsusi nəqliyyat vasitələri ayrılıb.

Musayev qeyd edib ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin bütün şəhər və rayon şöbələrinin inzibati binaları növbə ilə müasir standartlara uyğun təmir olunacaq və lazımi texniki avadanlıqlarla təchiz ediləcək.

Xəbər lenti

Xəbər lenti