...

Aprelin ilk günü Azərbaycan ərazisində hava nisbətən qeyri-sabit keçəcək

Cəmiyyət Materials 31 Mart 2011 11:41 (UTC +04:00)
Sabah Azərbaycanda hava nisbətən qeyri-sabit keçəcək. Bu barədə cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Aprelin ilk günü Azərbaycan ərazisində hava nisbətən qeyri-sabit keçəcək

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir M.Əliyev/

Sabah Azərbaycanda hava nisbətən qeyri-sabit keçəcək. Bu barədə cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında aprelin 1-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, səhər və gündüz güclənəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Aprelin 1-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, axşam isə müəyyən yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 19-24, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti