...

Azərbaycan Ali Məhkəməsinin Plenumu hakimin şikayətini rədd edib

Cəmiyyət Materials 31 Mart 2011 17:21 (UTC +04:00)
Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, Plenumun bu gün keçirilən iclasında İmişli rayon məhkəməsinin hakimi Qubadəli Rzayevin şikayətinə baxılıb.
Azərbaycan Ali Məhkəməsinin Plenumu hakimin şikayətini rədd edib

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ali Məhkəməsinin Plenumu İmişli rayon məhkəməsinin səlahiyyətinə xitam verimiş hakiminin şikayətini rədd edib.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, Plenumun bu gün keçirilən iclasında İmişli rayon məhkəməsinin hakimi Qubadəli Rzayevin şikayətinə baxılıb.

Rzayev Məhkəmə-Hüquq Şurasının barəsindəki qərarının ləğv olunması, aşağı işə göndərilməsi xahişi ilə Plenuma müraciət edib.

Plenum şikayətə baxaraq onu rədd edib.

Məhkəmə-Hüquq Şurasının yanvar ayında keçirilən iclasında qanunvericiliyin tələblərinin dəfələrlə kobudcasına pozulmasına və digər neqativ hallara yol verdiyinə görə Rzayevin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilmişdi.

Xəbər lenti

Xəbər lenti