...

Latviyada 31 mart - azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

Cəmiyyət Materials 31 Mart 2011 18:08 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Uzun illər boyu: Erməni terrorist qruplaşmalarının azərbaycanlılara qarşı törətdikləri cinayətlər" adlı tədbirdə Latviya parlamentinin deputatı - Azərbaycan Milli Məclisi ilə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Aleksandr Sakovski iştirak edib.
Latviyada 31 mart - azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir K.Zərbalıyeva/

Latviyanın paytaxtı Riqada "Ocaq" Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 31 mart - azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Uzun illər boyu: Erməni terrorist qruplaşmalarının azərbaycanlılara qarşı törətdikləri cinayətlər" adlı tədbirdə Latviya parlamentinin deputatı - Azərbaycan Milli Məclisi ilə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Aleksandr Sakovski iştirak edib.

Tədbirdə erməni millətçilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımla bağlı ətraflı məlumat verilib, onların bu əməllərinin insanlığa sığmadığı və bəşəriyyətə qarşı cinayətlər kimi səciyyələndirilməli olduğu vurğulanıb.

Latviyada azərbaycanlıların soyqırımı gününə həsr olunmuş daha bir tədbiri "Ocaq" Mədəniyyət Mərkəzinin Gənclər Təşkilatı keçirib.

"Azərbaycanlıların soyqırımı. Tarixin dərsləri" adlı iclasda Latviya Respublikasında yaşayan azərbaycanlı və latviyalı gənclər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti