...

AFFA prezidenti milli komandanın oyunundan narazıdır

Cəmiyyət Materials 2 Aprel 2011 13:52 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyalar Assosiasiyasının (AFFA) prezidenti milli komandanın oyunundan narazı qaldığını bildirib.
AFFA prezidenti milli komandanın oyunundan narazıdır

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Futbol Federasiyalar Assosiasiyasının (AFFA) prezidenti milli komandanın oyunundan narazı qaldığını bildirib.

"Biz də millinin oyunundan narazıyıq və çalışırıq ki, milliyə yeni gənc oyunçular cəlb edək", - Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev bildirib. O qeyd edib ki, ölkədə 13 yaşından başlayaraq hər yaş qrupunda futbolçular hazırlanır.

Lakin Abdullayev hesab edir ki, futbol azarkeşləri millini dəstəkləməlidir. "Türkiyə üzərində qələbə qazananda Berti Foqtsa qəhrəman deyirdilər, indi onu "xalq düşməni" etmək olmaz. Gəlin millimizi hər zaman dəstəkləyək", - AFFA prezidenti bildirib.

Onun sözlərinə görə, Belçika ilə səfər oyununa AFFA 500 ədəd bilet aldı, lakin heç 100 nəfər oyuna baxmağa getmədi.

Abdullayev azərbaycanlı azarkeşlərə bu məsələdə Almaniya və Belçikadan örnək götürməyi tövsiyə edib.

Avropa Çempionatının seçmə mərhələsində keçirdiyi 4 görüşdən 3-də məğlub olub birində qələbə qazanan Azərbaycanın futbol üzrə milli komandası cəmi 3 xal toplayıb.

Xəbər lenti

Xəbər lenti