Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan hökuməti tədris məşğələlərinin aparılmasında iştirak edən naturaçıların əməyinin qiymətləndirilməsi barədə qərar qəbul edib.
Trend-in məlumatına görə, Nazirlər Kabinetinin internet saytının verdiyi xəbərdə bildirilir ki, plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi 1 akademik saata görə geyimli naturada 3 manat, çılpaq naturada isə 5 manat məbləğində müəyyən olunur.