...

Azərbaycan Mətbuat Şurasının sədri İran Prezidentinin müşaviri ilə görüşüb

Cəmiyyət Materials 5 Aprel 2011 19:03 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının sədri İran Prezidentinin müşaviri ilə görüşüb
Azərbaycan Mətbuat Şurasının sədri İran Prezidentinin müşaviri ilə görüşüb

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov İran Prezidentinin müşaviri, İranın IRNA informasiya agentliyinin direktoru Əli Əkbər Cəvanfekri və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə çərşənbə axşamı Şuradan Trend-ə məlumat verilib.

MŞ sədri qonaqları salamlayaraq Azərbaycan və İran münasibətlərinin tarixi köklərinə nəzər salıb. O, müasir şəraitdə hər iki dövlət arasında əlaqələrin möhkəmləndirilməsində medianın yeri və rolundan söhbət açaraq Mətbuat Şurası yarandıqdan sonra qurumun mövcud istiqamətdə həyata keçirdiyi tədbirlərdən danışıb. 6 il əvvəl Azərbaycan və İran jurnalistlərinin dostluq qrupunun təşkilinə, hər iki ölkənin media təmsilçilərinin qarşılıqlı səfərlərinin reallaşdırılması faktlarına diqqəti çəkən Amaşov belə müsbət hallara bəzi kütləvi informasiya vasitələrində xələl gətirmə mey illərinin olmasını yolverilməz sayıb.

Əli Əkbər Cəvanfekr qeyd edib ki, bu, onun Azərbaycan Respublikasına üçüncü səfəridir. O vurğulayıb ki, tale hər iki ölkəni qonşu kimi bir yerdə yaşamağa məhkum edib. Azərbaycanın uğurlarını İranın uğurları kimi dəyərləndirən prezident müşaviri ölkələrin potensialından səmərəli istifadə imkanlarının daha da yaxşılaşdırılmasının zəruriliyini deyib.

Sonra tərəflər Azərbaycan və İran KİV-ləri arasında əlaqələrin genişləndirilməsi yolları ətrafında fikir mübadilələri aparıblar. Jurnalistlərin qarşılıqlı səfərlərinin, region ölkələrini əhatə edəcək forumların, konfransların təşkilinə, Azərbaycan, fars, türk dillərində xəbərlər bülleteninin buraxılması və sair məsələlərə dair təkliflər səslənib.

Xəbər lenti

Xəbər lenti