...

Azərbaycanda sanksiyaların artırılması inzibati xətaların qarşısının alınmasında başlıca faktor deyil - komitə sədri

Cəmiyyət Materials 12 Aprel 2011 13:23 (UTC +04:00)
Komitə sədri "sanksiyaların artırılması ilə inzibati xətaların qarşısı alınacaq" yanaşmasını düzgün hesab etmir.
Azərbaycanda sanksiyaların artırılması inzibati xətaların qarşısının alınmasında başlıca faktor deyil - komitə sədri

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda sanksiyaların artırılması inzibati xətaların qarşısının alınmasında başlıca faktor deyil. Bunu Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri "sanksiyaların artırılması ilə inzibati xətaların qarşısı alınacaq" yanaşmasını düzgün hesab etmir.

Millət vəkilinin sözlərinə görə, inzibati xətaya görə sanksiyanın həddi inzibati xətaya adekvat olmalıdır.

"Sanksiya həm xəbərdaredici, həm də çəkindirici olmalıdır. Çox yüksək cərimələrlə xətanın qarşısını almaq mümkün deyil. Qanunvericiliyə görə, həddən artıq cərimənin sanksiyası cinayət qanunvericiliyinin predmetidir", - Hüseynli vurğulayıb.

Komitə sədrinin sözlərinə görə, ellə hallar var ki, xəta həmin dövr üçün aktual olmayıb, amma indi aktualdır.

"Məsələn, ekoloji, mülkiyyətin qorunması sahəsində olan inzibati xətalar. Bu sahədə münasibətlər o qədər sürətlə inkişaf edir ki, gərək qanunverici orqan bu münasibətlərə eyni sürətlə adekvat cavab versin", - millət vəkili deyib.

Xəbər lenti

Xəbər lenti