...

BDU-nun yeni tələbə yataqxanası kompleksi 2019-cu ilədək hazır ola bilər - rektor

Cəmiyyət Materials 15 Aprel 2011 16:25 (UTC +04:00)
Bakı Dövlət Universitetinin yeni tələbə yataqxanası kompleksi 2019-cu ilədək hazır ola bilər.
BDU-nun yeni tələbə yataqxanası kompleksi 2019-cu ilədək hazır ola bilər - rektor

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir M.Əliyev/

Bakı Dövlət Universitetinin yeni tələbə yataqxanası kompleksi 2019-cu ilədək hazır ola bilər. Trend-in məlumatına görə, bunu jurnalistlərə BDU rektoru, millət vəkili Abel Məhərrəmov bildirib.

Onun sözlərinə görə, universitetin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində yeni yataqxananın, həmçinin texnoparkın inşası nəzərdə tutulub.

"BDU hazırda dünyanın ən yaxşı 2000 universiteti sırasındadır. Ali təhsil müəssisəsinin reytinqində yataqxana 30% qiymət verilən yerdir və BDU bu reytinq siyahısına yalnız təhsili ilə daxil olub", - Məhərrəmov bildirib.

Rektorun sözlərinə görə, yataqxana problemi həll olunsa, universitet dünyanın ən yaxşı 300 ali təhsil müəssisəsi sırasına daxil ola bilər.

Məhərrəmov bildirib ki, tələbələrin köçürülməsinin hissə-hissə aparılması nəzərdə tutulur, lakin BDU rəhbərliyi hökumətə köçürülmənin birdəfəlik həyata keçirilməsi xahişi ilə müraciət edib.

Bakı Dövlət Universiteti 1919-cu ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti