...

Bakıda müəlliflik hüququna həsr olunmuş konfrans keçirilib

Cəmiyyət Materials 22 Aprel 2011 17:15 (UTC +04:00)
Bakıda müəlliflik hüququna həsr olunmuş konfrans keçirilib.
Bakıda müəlliflik hüququna həsr olunmuş konfrans keçirilib

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir T.Hacıyev/

Bakıda müəlliflik hüququna həsr olunmuş konfrans keçirilib. Trend-in məlumatına görə, Müəllif Hüquqları Agentliyinin (MHA) və Ombudsman Aparatının 23 aprel - Ümumdünya Kitab və Müəllif Hüququ Günü və 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü ilə bağlı "Müəlliflik hüququ, mədəni hüquqlar və insan haqları: erməni riyakarlığı" mövzusunda birgə təşkil etdiyi konfransda MHA sədri Kamran İmanov, ombudsman Elmira Süleymanova, millət vəkilləri və ekspertlər iştirak ediblər.

Tədbirdə çıxışı zamanı İmanov bildirib ki, ermənilər kimi oğruların əməllərinin ifşa edilməsi, bu sahədə işlərin ardıcıl, peşəkar, sistemli şəkildə aparılması agentliyin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bununla bağlı indiyə qədər müxtəlif sənədlər hazırlanaraq müvafiq beynəlxalq təşkilatlara göndərilib. Onun sözlərinə görə, Azərbaycanda əqli mülkiyyətin qorunması istiqamətində mühüm işlər görülür. Belə ki, müəllif hüquqlarının qorunması sahəsində 2011-2014-cü illər üzrə dövlət proqramı hazırlanıb və yaxın zamanlarda təsdiq olunması gözlənilir.

İmanov qeyd edib ki, agentliyin məsləhəti və dəstəyi ilə "Azərbaycan musiqi alətləri" və "Uydurulmuş tarix (erməni soyqırımı)" kitabları Azərbaycan, ingilis, rus və türk dillərində çapdan buraxılıb.

Öz növbəsində ombudsman Elmira Süleymanova bildirib ki, son illər Azərbaycan insan hüquqları sahəsində islahatlar məkanına çevrilib. Bu baxımdan müəllif hüquqlarının qorunması sahəsində görülən işlərin də xüsusi əhəmiyyətə malik olduğunu deyib.

Tədbirdə çıxış edən digər şəxslər də Azərbaycan xalqına məxsus olan mədəni irsin ermənilər tərəfindən mənimsənilməsini pisləyiblər. Qeyd olunub ki, ermənilərin bu cür hərəkətlərinin ifşa olunması üçün bundan sonra da ciddi fəaliyyət göstərilməlidir.

Xəbər lenti

Xəbər lenti