...

Azərbaycanın müdafiə naziri ABŞ səfiri ilə "Regional cavab - 2011" hərbi təliminin vaxtını müzakirə edib

Cəmiyyət Materials 25 Aprel 2011 18:24 (UTC +04:00)
Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 25-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib.
Azərbaycanın müdafiə naziri ABŞ səfiri ilə "Regional cavab - 2011" hərbi təliminin vaxtını müzakirə edib

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müdafiə naziri ABŞ səfiri ilə "Regional cavab - 2011" hərbi təliminin vaxtını müzakirə edib.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 25-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib.

Görüşdə ABŞ-Azərbaycan ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin gedişatı və inkişaf perspektivləri müzakirə edilib, eyni zamanda, təxirə salınmış "Regional cavab - 2011" birgə hərbi təliminin keçiriləcəyi vaxt barədə də danışılıb. Bundan başqa, enerji infrastrukturunun təhlükəsizliyi haqqında da fikir mübadiləsi aparılıb.

Görüşdə ABŞ-ın Azərbaycandakı hərbi attaşesi polkovnik Melvin Duqlas Saks da iştirak edib.

Xəbər lenti

Xəbər lenti