...

Azərbaycanda qeydiyyatsız yaşayan miqrantlar təhlükə ilə üzləşə bilərlər - DMX-nin rəis müavini

Cəmiyyət Materials 27 Aprel 2011 15:07 (UTC +04:00)
Azərbaycanda qeydiyyatsız yaşayan miqrantlar təhlükə ilə üzləşə bilərlər. Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev "Miqrasiya problemləri və çağırışlar: həmkarlar ittifaqlarının rolu" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib.
Azərbaycanda qeydiyyatsız yaşayan miqrantlar təhlükə ilə üzləşə bilərlər - DMX-nin rəis müavini

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda qeydiyyatsız yaşayan miqrantlar təhlükə ilə üzləşə bilərlər. Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev "Miqrasiya problemləri və çağırışlar: həmkarlar ittifaqlarının rolu" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib.

"Bu miqrantlar hər an insan alverçilərinin toruna düşə bilirlər. İnsan alverçiləri qeydiyyatsız miqrantları aldadaraq onları müəyyən yollarla xaricə göndərib orada satırlar. Ona görə də, həmin şəxslər ehtiyatlı olmalıdırlar. Qanunsuz miqrantlar insan alveri və digər cinayətlərin qubanına çevrilə bilirlər", - Musayev deyib.

DMX rəsmisi bu səbəbdən ölkəyə gələn miqrantlara dərhal qeydiyyata düşmələrini tövsiyə edib.

"Onlar dərhal qeydiyyata düşərsə, hər hansısa bir təhlükə ilə üzləşəndə hüquqlarını müdafiə etmək mümkün olar", - rəis müavini deyib.

Musayev qeyd edib ki, aprelin 1-nə olan məlumata görə, Azərbaycanda 452 min 475 nəfər miqrant var. Onlardan 25 faizi əməkçı, 20 faizi Azərbaycanda təhsil almaq üçün gələnlər, 18 faizi isə azərbaycanlılarla qohumluq əlaqəsi olan miqrantlardır.

Onun sözlərinə görə, yaradılmış Vahid Miqrasiya Məlumat Sistemində ölkəyə gələn, qeydiyyatda olan bütün miqrantlar barədə məlumat toplanır və həmin miqrantların iş, yaşayış yerləri nəzarətdə saxlanılır.

Miqrantlar üçün yaradılan şəraitə toxunan Musayev bildirib ki, ölkədə qeydiyyatda olan miqrant istənilən vaxt ona verilən icazə vərəqəsi ilə vizasız Azərbaycandan öz ölkəsinə gedib qayıda bilər.

Aprelin 27-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı, Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə "Miqrasiya problemləri və çağırışlar: həmkarlar ittifaqlarının rolu" mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransda miqrasiya proseslərinin tənzimləməsi istiqamətində həmkarlar ittifaqlarının rolu, miqrantların əmək şəraitinin yaxşılaşdırılması, onların hüquqlarının təmin edilməsi mexanizmləri və digər məsələlər müzakirə olunur.
Tədbirdə Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarusun həmkarlar ittifaqlarının nümayəndələri, həmçinin beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti