Azərbaycan, Bakı, 4 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı mayın 21-də imtahan keçiriləcək.
Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu ilin yanvarından başlayan sənəd qəbulu mayın 10-da başa çatacaq.
İndiyədək işə qəbulla bağlı elan olunmuş müsabiqədə iştirak etmək üçün 300-dən çox hüquqşünas müraciət edib.
Namizədlər onlara kömək məqsədilə hazırlanmış "Yaddaş kitabçası"nı may ayının 11-dən etibarən bütün iş günləri saat 09:00-dan 18:00-dək Ədliyyə Nazirliyinin inzibati binasından götürə bilərlər.
"İmtahana buraxılış vərəqəsi"nin təqdim edilməsi vaxtı və test imtahanının yeri barədə əvvəlcədən məlumat veriləcək.
Əlavə məlumat almaq üçün nazirliyin internet səhifəsinə (www.justice.gov.az) və 430-01-18, 430-11-05 nömrəli telefonlara müraciət etmək olar.
Son dövrlər 1000-ə yaxın gənc ədliyyə orqanlarına qulluğa qəbul olunub.