...

Kür çayında suyun səviyyəsi azalmağa başlayıb

Cəmiyyət Materials 5 May 2011 16:53 (UTC +04:00)
Artıq bu gündən Kürün Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 14, Yevlax məntəqəsində 5, Zərdab məntəqəsində 14, Surra məntəqəsində 4 sm azalıb.
Kür çayında suyun səviyyəsi azalmağa başlayıb

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İ.İsabalayeva/

Bu gündən Kür çayında suyun səviyyəsi azalmağa başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev cümə axşamı Trend-ə bildirib ki, mayın ilk dörd günündə Kür çayının suyunun səviyyəsində artım qeydə alınsa da, artıq bu gündən Kürün Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 14, Yevlax məntəqəsində 5, Zərdab məntəqəsində 14, Surra məntəqəsində 4 sm azalıb. Bu gün Araz çayının suyunun səviyyəsində də 5 sm azalma qeydə alınıb.

Verdiyev deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Yevlaxda Kür çayının hazırkı səviyyəsi 61, Zərdabda 125, Surrada 171, Şirvanda 179, Bankədə 120 sm aşağıdır. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 217 sm aşağı qeydə alınır.

Baş hidroloqun sözlərinə görə, yaxın günlərdə Kür və Araz çaylarının suyunun səviyyəsində artım gözlənilmir. Amma mayın 10-dək ölkə ərazisində gözlənilən yağışlarla əlaqədar mayın 7-dən respublikanın dağ çaylarında, Kür çayının yuxarı hissəsində və onun qollarında, eyni zamanda, Araz çayında suyun səviyyəsinin yenidən artacağı proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti