...

Azərbaycanda ötən ay 2 mina hadisəsi qeydə alınıb

Cəmiyyət Materials 6 May 2011 15:42 (UTC +04:00)
Ötən ay Azərbaycanda 2 156 716 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Azərbaycanda ötən ay 2 mina hadisəsi qeydə alınıb

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir K.Zərbalıyeva/

Ötən ay Azərbaycanda 2 156 716 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən bildirilib.

Əməliyyatlar nəticəsində 4792 PHS və 1 ədəd tank, 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 480 nəfər mütəxəssis və 120 nəfər yardımçı heyət üzvləri, 6 mexaniki minatəmizləmə maşını və 32 minaxtaran it iştirak edib.

İndiyədək ümumilikdə 160 531 113 kvadratmetr ərazi təmizlənib, 655 037 mina və PHS zərərsizləşdirilib.

ANAMA tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Şəmkir, Tərtər, eyni zamanda, Ağstafa rayonu Saloğlu kəndi və Bakı şəhəri Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Aprel ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti