...

Azərbaycanda yazılı bildiriş göndərilmədən qazı və elektrik enerjisini kəsənlər cəzalandırılacaqlar

Cəmiyyət Materials 12 May 2011 14:17 (UTC +04:00)
Azərbaycanda yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılması inzibati xəta hesab olunacaq.
Azərbaycanda yazılı bildiriş göndərilmədən qazı və elektrik enerjisini kəsənlər cəzalandırılacaqlar

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılması inzibati xəta hesab olunacaq.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, buna dair İnzibati Xətalar Məcəlləsinin müddəasına (116.0.7-ci maddəsi) dəyişikliklə bağlı qanun layihəsi Parlamentin müzakirəsinə çıxarılacaq.

Həmin dəyişikliyə görə, qaz, elektrik və ya istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsi, yaxud qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılması inzibati xəta hesab olunur.

İXM-in indiki redaksiyasında həmin maddənin dispozisiyası yalnız qanunsuz olaraq qaz, elektrik və ya istilik enerjisi xətlərinin kəsilməsinə və ya həmin enerjinin verilməsinin məhdudlaşdırılmasına görə məsuliyyət nəzərdə tutur.

Bu xətalara görə, fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilirlər.

Xəbər lenti

Xəbər lenti