...

Sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyev 2 il müddətinə azadlıqdan məhrum edilib

Cəmiyyət Materials 18 May 2011 20:51 (UTC +04:00)
Gəncə şəhər Nizami rayon məhkəməsində bu gün keçirilən prosesdə Hacıyevə hökm oxunub. O, 2 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Trend-ə Hacıyevin vəkili Elçin Namazov məlumat verib
Sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyev 2 il müddətinə azadlıqdan məhrum edilib

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir K.Zərbalıyeva/

Sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyevin məhkəməsi başa çatıb.

Gəncə şəhər Nizami rayon məhkəməsində bu gün keçirilən prosesdə Hacıyevə hökm oxunub. O, 2 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Trend-ə Hacıyevin vəkili Elçin Namazov məlumat verib.

Vəkil məhkəmənin hökmündən apelyasiya şikayəti veriləcəyini deyib.

Hacıyev barəsində bu il martın 4-də Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə bir aylıq həbs-qətimkan tədbiri seçilib. Onun haqqında Cinayət Məcəlləsinin 321.1 (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə yanvarın 24-də Gəncə şəhər prokurorluğunda cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti