...

2010-cu ildə Azərbaycanda mülkiyyət əleyhinə cinayətlərin sayında azalma müşahidə olunub

Cəmiyyət Materials 20 May 2011 11:37 (UTC +04:00)
2010-cu ildə Azərbaycanda 2009-cu ilə müqayisədə mülkiyyət əleyhinə cinayətlərin sayında azalma müşahidə olunub. Trend-in məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin (CAİ) rəisi, polis polkovniki Əliaslan Ağayev Bakı şəhər BPİ-də keçirilmiş müşavirədə çıxışı zamanı deyib.
2010-cu ildə Azərbaycanda mülkiyyət əleyhinə cinayətlərin sayında azalma müşahidə olunub

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir T.Hacıyev/

2010-cu ildə Azərbaycanda 2009-cu ilə müqayisədə mülkiyyət əleyhinə cinayətlərin sayında azalma müşahidə olunub. Trend-in məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin (CAİ) rəisi, polis polkovniki Əliaslan Ağayev Bakı şəhər BPİ-də keçirilmiş müşavirədə çıxışı zamanı deyib. Müşavirə Azərbaycan Prezidentinin fərman və sərəncamlarının, DİN-in kollegiya qərarlarının, əmrlərinin, Bakı şəhər BPİ-nin müşavirələrinin, göstərişlərinin və digər idarəçilik sənədlərinin icra vəziyyətinə və 2011-ci ilin 4 ayı ərzində Bakı şəhər polis orqanlarında mülkiyyət əleyhinə cinayətlərlə mübarizə sahəsində görülmüş işlərin vəziyyətinə həsr olunub.

Ağayevin sözlərinə görə, keçirilmiş tədbirlər nəticəsində il ərzində dövlət və bələdiyyə əmlakının oğurluğunun açılması 13,6 faiz, avtonəqliyyat qaçırılması 8,2 faiz, mal-qara oğurluğunun açılması isə 16,4 faiz yaxşılaşdırılıb. Müvafiq dövrlə müqayisədə qeydə alınmış şəxsi əmlak oğurluqlarının sayı 32, soyğunçuluğun 54, quldurluğun sayı isə 10 fakt azalıb.

CAİ rəisi qeyd edib ki, müvafiq hesabat dövrü ərzində quldurluq cinayəti törətmiş 8, soyğunçuluq cinayəti törətmiş 18, mənzil oğurluğu törətmiş 53, avtomaşından oğurluq etmiş 12, cibgirlik cinayəti törətmiş 5, dələduzluq cinayəti törətmiş 6, dövlət əmlakı oğurluğu cinayəti törətmiş 11 qrup müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib.

Bütün bunlarla bərabər Bakı şəhər polis orqanlarında mülkiyyət əleyhinə cinayətlərlə mübarizə sahəsində müəyyən qüsurlar və nöqsanlar da var. Bu nöqsanların aradan qaldırılması, mülkiyyət əleyhinə cinayətlərin açılması istiqamətində həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin səmərəliliyinin yüksəldilməsi, bu növ cinayətlərə qarşı mübarizədə keyfiyyətin artırılmasının təmin və təşkil edilməsi istiqamətində CAİ-də konkret tədbirlər həyata keçirilir və bu proses gələcəkdə də davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti