...

Azərbaycan və Yaponiya arxeoloqları Tovuzdakı qədim yaşayış yerini tədqiq edəcəklər

Cəmiyyət Materials 27 May 2011 17:02 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Yaponiyanın Tokio Universitetinin arxeoloqları ilə birlikdə Tovuz rayonundakı Göytəpə qədim yaşayış yerində arxeoloji qazıntı işləri aparacaq.
Azərbaycan və Yaponiya arxeoloqları Tovuzdakı qədim yaşayış yerini tədqiq edəcəklər

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Yaponiyanın Tokio Universitetinin arxeoloqları ilə birlikdə Tovuz rayonundakı Göytəpə qədim yaşayış yerində arxeoloji qazıntı işləri aparacaq.

Akademiyadan cümə günü Trend-ə verilən məlumata görə, qazıntı işlərinə iyunda başlanacaq.

Göytəpə qədim yaşayış yeri Neolit dövrünə aiddir.

Göytəpə qədim yaşayış yerində arxeoloji işlərin aparılması "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq həyata keçiriləcək.

Abidədə arxeoloji qazıntılar konservasiya işləri ilə paralel aparılacaq.

Xəbər lenti

Xəbər lenti