...

Xarici ölkələrin ali məktəblərində təhsil almaq istəyənlər üçün müsabiqə elan edilib

Cəmiyyət Materials 3 İyun 2011 11:37 (UTC +04:00)
Azərbaycanın Təhsil Nazirliyi 2011-2012-ci tədris ilində xarici ölkələrin ali məktəblərində təhsil üzrə müsabiqə elan edib. Trend-in məlumatına görə, bu barədə Təhsil Nazirliyindən cümə günü bildirilib.
Xarici ölkələrin ali məktəblərində təhsil almaq istəyənlər üçün müsabiqə elan edilib

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Azərbaycanın Təhsil Nazirliyi 2011-2012-ci tədris ilində xarici ölkələrin ali məktəblərində təhsil üzrə müsabiqə elan edib. Trend-in məlumatına görə, bu barədə Təhsil Nazirliyindən cümə günü bildirilib.

Müsabiqə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində keçirilir və informasiya texnologiyaları, mühəndislik, neft sənayesi, tibb, riyaziyyat, fizika, biologiya, kimya, ekologiya, kənd təsərrüfatı, turizm, mühasibat uçotu ixtisaslarını əhatə edir.

Bakalavr dərəcəsi üzrə təhsil almaq məqsədilə müsabiqədə iştirak etmək üçün elektron ərizə (çap edilərək imzalanmış nüsxəsi), 2011-2012-ci dərs ilində xarici ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qəbul haqqında müvafiq sənədin notariat qaydada tərcümə və təsdiq edilmiş surəti, tələb olunan tədris dili imtahanının (TOEFL, IELTS və s.) və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notariat qaydada təsdiq edilmiş surəti, bitirdiyi ümumi orta və ya orta ixtisas təhsili və ya hazırda təhsil aldığı ali təhsil müəssisəsi tərəfindən rəsmi şəkildə təsdiqlənmiş tövsiyə məktubları, fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda), sağlamlıq haqqında arayış, tərcümeyi-hal (CV), 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil, şəxsiyyət vəsiqəsinin surəti, ümumvətəndaş pasportunun surəti tələb olunur.

Müraciət üçün son müddət 2011-ci il avqustun 20-dir.

Xəbər lenti

Xəbər lenti