...

Ötən ay Azərbaycan sərhədçiləri axtarışda olan 112 nəfəri saxlayıblar

Cəmiyyət Materials 6 İyun 2011 15:42 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, saxlanılan şəxslər hüquq-mühafizə orqanlarına təhvil verilib.
Ötən ay Azərbaycan sərhədçiləri axtarışda olan 112 nəfəri saxlayıblar

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Ötən ay Azərbaycan sərhədçiləri axtarışda olan 112 nəfəri saxlayıblar.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, saxlanılan şəxslər hüquq-mühafizə orqanlarına təhvil verilib.

May ayı ərzində 40 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb, nəticədə 75 nəfər saxlanılıb.

Onlardan 57 nəfəri Azərbaycan, 4-ü İran, 4-ü Pakistan, digərləri isə Macarıstan, Banqladeş, Rusiya, Özbəkistan, Moldova və Nigeriya vətəndaşlarıdır.

Dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən 28 halda 54 nəfər saxta sənədlə, 2 halda 2 nəfər özgəsinə məxsus sənədlə, 1 halda 1 nəfər gizli şəkildə dövlət sərhədini keçməyə cəhd edərkən saxlanılıb.

Sərhəd rejim qaydalarını yaşıl sərhəddə pozarkən 10 halda 31 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Dəniz sərhədlərinin mühafizəsi istiqamətində görülən tədbirlər nəticəsində 13 halda 23 nəfər sərhəd rejim pozucusu saxlanılıb, dənizdən 45 800 metr tor və 46 300 ədəd qarmaq aşkar olunaraq götürülüb.

May ayında sərhədçilər qanunsuz dövriyyədən 6 halda 720 qram narkotik maddə çıxarıblar.

Ötən ay sərhədçilər 74 halda ümumi dəyəri 71,4 min manat olan qaçaqmal saxlayıblar.

Xəbər lenti

Xəbər lenti