...

Azərbaycan yığma komandası onları ciddi qəbul etməyənləri cəzalandıra bilər - Oliver Birhoff

Cəmiyyət Materials 6 İyun 2011 20:33 (UTC +04:00)
Oyunların analizi göstərir ki, Azərbaycan yığmasının rəqibi onu zəif hesab etdikdə, Azərbaycan millisi onu cəzalandıra bilər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi keçirdiyi mətbuat konfransında Almaniyanın futbol üzrə milli komandasının meneceri Oliver Birhoff bildirib.
Azərbaycan yığma komandası onları ciddi qəbul etməyənləri cəzalandıra bilər - Oliver Birhoff

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir T.Hacıyev/

Oyunların analizi göstərir ki, Azərbaycan yığmasının rəqibi onu zəif hesab etdikdə, Azərbaycan millisi onu cəzalandıra bilər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi keçirdiyi mətbuat konfransında Almaniyanın futbol üzrə milli komandasının meneceri Oliver Birhoff bildirib.

"Biz çalışacağıq ki, bu cür hallar baş verməsin və Azərbaycan yığması bizə heç bir sürpriz edə bilməsin. Biz əlimizdən gələn hər şeyi etməyə çalışacağıq ki, heç bir sürprizə imkan qalmasın", - Birhoff əlavə edib.

O qeyd edib ki, Azərbaycan yığması əks hücumlarda olduqca təhlükəli ola bilər. Menecer hesab edir ki, Türkiyə yığmasına qalib gələn komanda zəif komanda ola bilməz.

Jurnalistlərin "öz həmyerliləri olan Berti Foqtsa güzəş edə bilərlərmi" sualına Birhoff cavab verib ki, Berti Foqtsa heç bir güzəştdən söhbət gedə bilməz.

O qeyd edib ki, hazırda Almaniya millisində oynayan futbolçuların əksəriyyəti 2008-ci ildə 21 yaşlı futbolçular arasında Avropa çempionu olmuş futbolçulardır.

Xəbər lenti

Xəbər lenti