...

Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı açıqlanıb

Cəmiyyət Materials 10 İyun 2011 11:22 (UTC +04:00)
Azərbaycanda iyunun 28-dən ümumi orta təhsil bazasından (9 illik) 2011-2012-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün sənəd qəbuluna başlanacaq.
Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı açıqlanıb

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda iyunun 28-dən ümumi orta təhsil bazasından (9 illik) 2011-2012-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün sənəd qəbuluna başlanacaq. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Komissiya sədri sənəd qəbulunun avqustun 10-dək davam edəcəyini bildirib.

Abbaszadə qeyd edib ki, hər bir abituriyent ərizəsində müxtəlif təhsil müəssisələrinin 12-dək ixtisas kodunu qeyd edə bilər. Abituriyentlərə imtahanda Azərbaycan dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən suallar veriləcək.

Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında məlumat, o cümlədən qəbul aparılan ixtisasların siyahısı yaxın vaxtlarda "Abituriyent" jurnalının növbəti sayında dərc olunacaq.

Xəbər lenti

Xəbər lenti